23 Dekabr 2024, Bazar ertəsi

Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Həsən Kərimov açaraq qeyd edib ki, uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Andersenin anadan olduğu gün – 2 aprel tarixi 1967-ci ildən etibarən Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada “Beynəlxalq Uşaq Kitabı Günü” kimi qeyd olunur. Bildirilib ki, bu günün keçirilməsində məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu göstərmək, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir.
Dünya və Azərbaycan uşaq ədəbiyyatının yaranması, inkişafı və nəşrindən də söhbət açılaraq vurğulanıb ki, XIX-XX əsrlərdə ölkəmizdə uşaq ədəbiyyatı inkişaf edib. Ötən əsrin əvvəllərində Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Abbas Səhhət, Süleyman Sani Axundov, Cəlil Məmmədquluzadə, Sultan Məcid Qənizadə və başqa görkəmli sənətkarlarımız uşaqlar üçün gözəl əsərlər yazıblar. Ötən əsrin əvvəllərində o, Azərbaycanda nəşr olunan “Dəbistan”, “Rəhbər”, “Məktəb”, “Babayi-Əmir” jurnalları da uşaq ədəbiyyatının inkişafında mühüm rol oynayıb.

Həsən Kərimov ölkəmizdə uşaqlar üçün kitabların nəşrinə böyük diqqət yetirildiyini bildirib, dövlətimiz tərəfindən uşaqlar üçün nəfis kitabların nəşr edilməsindən söhbət açıb. O, muxtar respublikamızda son illərdə uşaq kitablarının nəşrinə diqqət yetirildiyini vurğulayaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin kitabxanalara, kitab nəşrinə göstərdiyi qayğı muxtar respublikada uşaq ədəbiyyatı nəşrlərinin sayının artmasına səbəb olub.
Bildirilib ki, Naxçıvan Yazıçılar Birliyi uşaq kitablarının nəşri ilə bağlı müəyyən işlər görüb. “Uşaqlar və Günəş” kitabı muxtar respublika rəhbərinin qayğısı ilə işıq üzü görüb və ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Bundan başqa, uşaq ədəbiyyatının nümunələrini əks etdirən bir neçə kitab hazırlanaraq nəşr edilib. Uşaqlar üçün hazırlanan kitabların mövzu müxtəlifliyi və tərtibatı da hər zaman yazıçı və şairlərimizi düşündürən məsələdir. Maraqlı illüstrasiyalarla, mövzu rəngarəngliyi ilə zəngin olan kitablar uşaqları daha çox cəlb edir.
Sonra uşaqlar arasında uşaq ədəbiyyatı üzrə viktorina keçirilib və qaliblər son illər dilimizdə nəfis şəkildə nəşr olunmuş dünya uşaq ədəbiyyatı nümunələrindən ibarət kitablarla mükafatlandırılıblar. Viktorinadan sonra balaca oxuculara Naxçıvan Dövlət Kukla Teatrının hazırladığı “Niyyət açarı” tamaşası göstərilib.
Sonda Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının təşkil etdiyi kitab sərgisinə baxış olub.


Əli Rzayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR