23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən rəsm müsabiqəsinin qaliblərini mükafatlandırma mərasimi olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkil etdiyi rəsm müsabiqəsinin mükafatlandırma mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, eləcə də Bakı quberniyasının müxtəlif bölgələrində, o cümlədən Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar barədə danışıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev çıxışında bildirib ki, ermənilər son iki əsrdə öz havadarlarının köməyi ilə xalqımıza qarşı davamlı olaraq soyqırımı siyasəti həyata keçiriblər. Məkrli ermənilərin 1918-ci ildə respublikamızda soydaşlarımızı qətlə yetirərək etnik təmizləmə siyasəti həyata keçirməsinin əsl mahiyyəti ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında açılıb. Ermənilərin Azərbaycan xalqına qarşı apardıqları soyqırımı siyasəti dərindən təhlil edilib və ona ilk dəfə siyasi qiymət verilib. Azərbaycan tarixinə işıq salan bu tarixi sənədə uyğun olaraq hər il ölkəmizdə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi yad olunur.
Nicat Babayev bu cür müsabiqələrin keçirilməsinin gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi istiqamətində atılan vacib bir addım olduğunu bildirib.
Sonra müsabiqənin qalibləri mükafatlandırılıb.
Müsabiqənin yekun nəticəsinə görə ali təhsil müəssisələrinin tələbələri arasında I yerə Naxçıvan Dövlət Universitetinin(NDU) tələbəsi Nigar Məhərrəmova, II yerə “Naxçıvan” Universitetinin tələbəsi Emil Abbasov, III yerə isə NDU-nun tələbəsi Fəxriyyə Qədimbəyli layiq görülüblər.
Orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında I yerə Heydər Əliyev adına Hərbi Liseyin kursantı Naib Qənbərov, II yerə Naxçıvan Musiqi Kollecinin tələbəsi Sevgili Qasımova, III yerə isə Naxçıvan Tibb Kollecinin tələbəsi Eldar İbrahimov layiq görülüblər.
Sonra müsabiqə iştirakçılarının rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.


Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR