23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Rəsm Qalereyasında “Bəhruz Kəngərli yaradıcılığı gənc istedadların gözü ilə” mövzusunda etüd sərgi təşkil olunub.
Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Hökümə Məmmədli açaraq bildirib ki, bu mövzuda ilk dəfə təşkil olunan sərgidə qədim diyarımızın uşaq incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri iştirak edirlər. Şagirdlərin çəkdikləri rəsmlərdə onların görkəm­li fırça ustasının mövzularına müraciəti aydın hiss olunur. Balaca rəssamların çəkdikləri rəsmlərdə də Vətən sevgisi, torpağa bağlılıq duyğularını görmək mümkündür. Uşaqların bu mövzulara müraciəti onların rəssamın əsərlərindən həm də təsirləndiyinin nümunəsidir. Bu sərginin təşkilində əsas məqsədlərdən biri də onların bacarığını ictimaiyyətə təqdim etmək və istedadlı şagirdləri aşkara çıxarmaqdır.

Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli çıxışında görkəmli rəssamın əsərlərinin tamamilə milli ruhda və üslubda olduğunu bildirib. Qeyd olunub ki, böyük rəssamın rəsm əsərləri janr və üslub müxtəlifliyi ilə seçilir. Rəssamın mənzərə, portret janrlarında çəkdiyi rəsmlər təsviri incəsənətimizin qızıl fonduna daxil olub.
Muzey direktoru bildirib ki, hazırda Bəhruz Kəngərli Muzeyində 1175 eksponat mühafizə olunur. Onların 266-sı muzeydə nümayiş etdirilir.
Sonra muxtar respublikanın uşaq incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan şagirdlərdən Gülay Zeynal­ova, İlham Əbilov, Nurlan Cəfərli, Faiq Şahsuvarov, Rəşid İsmayılov, Turac Bağırlı, Nisəbəyim Babayeva, Səid Seyidli, Zəfər Quliyev, Jalə Əliyevanın rəsmlərindən ibarət sərgiyə baxış olub.
Sonra gənc rəssamlar rəsm əsərlərinin çəkilişinə başlayıblar.
Tədbirin sonunda fərqlənənlər fəxri fərmanla təltif ediliblər.

 

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR