Xəbər verdiyimiz kimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti, Azərbaycan Respublikasının xalq artisti Bilal Əliyev Naxçıvan Muxtar Respublikasında qastrol səfərində olmuşdur. Xalq artisti qastrol səfəri müddətində muxtar respublikanın rayonlarında maraqlı konsert proqramı ilə çıxış etmişdir.
Aprelin 30-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında müğənninin yekun konserti olmuşdur. Konsert proqramında Xalq artisti Bilal Əliyev Naxçıvan Dövlət Filarmoniyasının “Gəmiqaya” instrumental ansamblının müşayiəti ilə ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş bəstəkar mahnıları, xalq mahnıları və təsniflər ifa etmişdir. Müğənninin ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Qeyd edək ki, konsertdə Naxçıvan Dövlət Filarmoniyasının solistləri Zülfüqar Mahmudov və Qəribə Həsənova da xalq mahnıları, muğamlar ifa etmişlər.
Xəbərlər şöbəsi