23 Dekabr 2024, Bazar ertəsi

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Silahlı münaqişələr zamanı uşaqlara qarşı zorakılıq” mövzusunda yeddinci muxtar respublika inşa yazı, şeir və rəsm müsabiqəsi keçirilib. Müsabiqəyə 20 inşa yazı, 50 rəsm əsəri təqdim olunub, 13 şeir bədii qiraət edilib.
Müsabiqənin yekun tədbirində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmməd­ova, təhsil nazirinin müavini Əli Vəliyev, Yazıçılar Birliyinin sədri Asim Əliyev, Rəssamlar Birliyinin üzvü Eldar Zeynalov çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Xocalı soyqırımı Azərbaycan tarixinin qanlı səhifələrindən biridir. Bu gün respublikamız bütün sülhsevər ölkələri insanlığa qarşı yönəlmiş bu faciəyə hüquqi-siyasi qiymət verməyə səsləyir. Müsabiqədə iştirak edən yeniyetmə və gənclər də çalışıblar ki, Xocalı həqiqətlərini, bu qətliamın səbəblərini və mahiyyətini inşa yazılarda, rəsm nümunələrində, səsləndiriləcək şeirlərdə göstərə bilsinlər.

“Silahlı münaqişələr zamanı uşaqlara qarşı zorakılıq” mövzusunda yeddinci muxtar respublika şeir müsabiqəsində Zəlimxan Yaqub, Qəzənfər Mənsimoğlu, Əli Rafiq, Şəhriyar Allahyaroğlu, Vaqif Məmmədov, Hikmət Ziya, Pəri İsmayılova və digər şairlərin şeirləri şagirdlər tərəfindən bədii qiraət edilib. Müsabiqədə Şərur rayon Püsyan kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Əli Sadiqov 1-ci, Ordubad rayon Əndəmic kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Fatimə Hüseynli, Babək rayon Kərimbəyli kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Bahar Mehrəliyeva 2-ci, Naxçıvan Qızlar Liseyinin 5-ci sinif şagirdi Roza Süleymanlı, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Anar Mikayılov 3-cü yerlərə layiq görülüblər.
İnşa yazı müsabiqəsi üzrə Şərur rayon Aralıq kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Fatma Kazımova 1-ci, Kəngərli rayon Yurdçu kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Sunay Abdullayeva 2-ci, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Sərvət Tağıyev 3-cü yerləri tutublar.
Rəsm müsabiqəsində isə Ordubad Rayon Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvü Çinar Hacıyev 1-ci, Naxçıvan Qarnizonu tam orta məktəbinin 7-ci sinif şagirdi Bəhruz Ələkbərli 2-ci, Naxçıvan Qızlar Liseyinin 8-ci sinif şagirdi Adilə Babayeva 3-cü yerləri qazanıblar.
Müsabiqənin qalibləri diplomlarla təltif ediliblər.
Sonda isə Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisinə baxış olub.


Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR