23 Dekabr 2024, Bazar ertəsi

Şərur şəhərindəki Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbində rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri üçün musiqi ədəbiyyatı fənni üzrə metodik kurs keçirilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının aparıcı məsləhətçisi Leyla Əlimərdanova bildirib ki, uşaq musiqi məktəblərində musiqi ədəbiyyatı fənninin tədrisində əsas məqsəd şagirdlərin bu sahə üzrə dünyagörüşünü zənginləşdirməkdir. Şagirdlərin Azərbaycan musiqi ədəbiyyatı ilə dərindən tanışlığı onların musiqi tərbiyəsinin formalaşmasında və hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Metodik kursların keçirilməsində məqsəd müəllimlərin bilik səviyyəsinin yüksəldilməsidir.

Şagirdlərə tədris olunan musiqi ədəbiyyatı fənninin proqramı haqqında ətraflı məlumat verildikdən sonra Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Nuray Hüseynova “Yeddi və beşillik təhsil sistemi üzrə musiqi ədəbiyyatı fənninin tədrisi” mövzusunda metodik dərs keçib. Bildirilib ki, musiqi məktəblərində şagirdlər musiqi ədəbiyyatının geniş sahəsilə tanış olur, müxtəlif janr və xüsusiyyətləri, xalq və professional musiqi formaları, musiqi ifadə vasitələri, musiqi alətləri, simfonik orkestr, ansambl quruluşları haqqında biliklər əldə edirlər.
Qeyd olunub ki, ümumi musiqi ədəbiyyatı fənninin tədrisində bəstəkarların həyat və yaradıcılığı, onların dünya musiqi tarixində rolu və əhəmiyyəti, eləcə də tutduğu mövqe haqqında ətraflı məlumat verilir. Musiqi ədəbiyyatı fənninin tədrisində xüsusi yeri musiqi materialları tutur. Dərs zamanı şagirdlər mahnı janrından başlayaraq irihəcmli əsərlərə qədər məlumatlandırılır. Musiqi ədəbiyyatı fənninin özünəməxsus inkişaf yoluna görə musiqi formaları, silsilələrin tərkibi dəyişir. Musiqi ədəbiyyatının tədrisində klassik musiqi ilə yanaşı, xalq musiqisinin öyrənilməsinə də diqqət yetirmək vacibdir.
Sonra müəllimlərlə mövzu ətrafında söhbət aparılıb və onların sualları cavablandırılıb.

Əli Rzayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR