23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə gənc­lərə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Şəhidlər unudulmaz, hər zaman anılar” adlı rəsm müsabiqəsi keçirilib.
Müsabiqəyə 20 əsər təqdim olunub. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin əməkdaşı Nizami Alıyev, Gənclər və İdman Nazirliyi Aparatının Gənc­lərlə iş şöbəsinin müdiri Nicat Babayev, “Naxçıvan” Universitetinin prorektoru Əli Yusifov və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Eldar Zeynalov çıxış edərək qalibləri təbrik ediblər.
Müsabiqədə ali təhsil müəssisələri üzrə Naxçıvan Dövlət Universitetinin tələbəsi İsmayıl İsmayıllı qalib adını qazanıb. Bu universitetin digər tələbəsi Çimnaz Gözəlova ikinci, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Gülşad Quliyeva üçüncü olublar. Naxçıvan Dövlət Universitetinin tələbələri Günel Abdullayeva, Fəxriyyə Qədimbəyli, “Naxçıvan” Universitetinin tələbəsi Allahqulu Qənbərov isə həvəsləndirici yerlərə layiq görülüblər. Orta ixtisas təhsili müəssisələri üzrə Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Axtər Sadiqova müsabiqənin qalibi olub. Kollecin digər tələbəsi Könül Mərdanova və Naxçıvan Tibb Kollecinin tələbəsi Aysun Rzayeva ikinci və üçüncü pillədə qərarlaşıblar.
Qaliblərə təşkilatçıların diplom və hədiyyələri təqdim olunub.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR