23 Dekabr 2024, Bazar ertəsi

Konsertdən əvvəl aparıcı bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması ümummilli liderimiz Heydər Əliyevin xalqımızın tarixi taleyi ilə bağlı qəbul etdiyi mühüm qərarlardan biridir.
1991-ci il dekabrın 16-da ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilən “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərara əsasən, 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olunub. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram sonrakı dövrlərdə bu sahədə həyata keçirilən tədbirlərin kütləvi xarakter almasında, xalqımızın vahid ide­ologiya ətrafında birləşməsində mühüm rol oynayıb.
Naxçıvan Dövlət Uşaq Filarmoniyasının solistləri Kənan Əkbərov və Səfər Cəfərov “Heyratı” ritmik muğamını ifa ediblər. Sonra Naxçıvan Dövlət Uşaq Filarmoniyasının solisti Fuad Məmiyev Polad Bülbüloğlunun “İlk görüşdən gəlirəm” mahnısını səsləndirib. Şahbuz rayonunun Kolanı Kənd Uşaq Musiqi Məktəbinin xanəndəlik ixtisası üzrə III sinif şagirdi, bu il muxtar respublikamızda keçirilən xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsinin iştirakçısı Təyyar Mədətlinin oxuduğu “Qarabağ” şikəstəsi alqışlarla qarşılanıb. Onların ifasını Naxçıvan Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansamblı müşayiət edib.
Naxçıvan Musiqi Kollecinin istedadlı tələbələrinin çıxışları da maraqla qarşılanıb. Bir saatdan artıq davam edən konsert Naxçıvan Şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin nağaraçalanlar ansamblının ifa etdiyi “Azərbaycan ritmləri” ilə başa çatıb.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR