23 Dekabr 2024, Bazar ertəsi

Dekabrın 22-də Ərtoğrol Cavid adına Naxçıvan Şəhər Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində Naxçıvan Musiqi Kolleci tələbələrinin konserti olub.

 

Tədbirdən əvvəl aparıcı bildirib ki, Naxçıvan Musiqi Kolleci ümummilli lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə 1974-cü ildə yaradılıb. 1975-1976-cı tədris ilində 4 ixtisas üzrə fəaliyyətə başlayan kollec 1992-ci ilə qədər Naxçıvan Orta İxtisas Musiqi Məktəbi, 1992-ci ildən Naxçıvan Musiqi Texnikumu adlandırılıb. 2005-ci ildən isə Naxçıvan Musiqi Kolleci adı ilə fəaliyyətini davam etdirir. Hazır­da kollecdə 10-dan çox ixtisas üzrə kadr hazırlığı aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamlarına əsasən, bu təhsil ocağının 30 və 40 illik yubileyləri qeyd olunub. Bu illər ərzində kollecdə milli musiqi alətlərimizin və xalq mahnılarımızın yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının öyrənilməsi, gənc musiqiçi kadrların yetişdirilməsi sahəsində böyük uğurlar əldə edilib.
Vurğulanıb ki, kollecdə təhsil alan tələbələrdən ibarət musiqi kollektivləri maraqlı konsert proqramları ilə müntəzəm olaraq muxtar respublikada keçirilən tədbirlərdə, el şənliklərində çıxış edir.
Kollecin tələbələrinin ifasında ilk olaraq Fikrət Əmir­ovun “Min bir gecə” baletindən parçalar səsləndirilib. Tələbələrin təqdim etdikləri Azərbaycan bəstəkarlarından H.Xanməmməd­ovun “Yaşa könül”, N.Rza­yevin “Çahargah rapsodiyası”, S.Ələsgər­ovun “Şaloxo”, A.Gərayın “Bağçakürd” və başqa musiqi əsərləri maraqla qarşılanıb. Konsertdə Avropa və rus bəstəkarlarının əsərləri də ifa olunub, polyak bəstəkarı F.Şopenin, çex bəstəkarı A.Dvorjakın, rus bəstəkarı A.Rubinşteynin fortepiano və skripka üçün yazdığı əsərlərin ifası alqışlarla qarşılanıb.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR