23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda rəsm müsabiqəsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə yaradıcı gənclərin, həmçinin fiziki imkanları məhdud gənclərin 40 əl işi nümayiş olunub.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva Naxçıvan Muxtar Respublikasında yaradıcı gənclərə göstərilən böyük dövlət qayğısından danışıb. Bildirilib ki, məhz bu qayğı nəticəsində gənc rəssamların yaradıcılıq qabiliyyətləri daha yaxşı inkişaf edir, eləcə də sağlamlıq imkanları məhdud uşaqların, gənclərin cəmiyyətə inteqrasiyası təmin olunur. Elə bunun nəticəsidir ki, hər il gənclər təşkil olunan sərgi və müsabiqələrdə daha fəal iştirak edirlər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev çıxış edərək muxtar respublikamızda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar, təhsil infrastrukturunun yenilənməsi, kadr potensialının təkmilləşdirilməsi və hər bir təhsil alan şəxsin layiqli vətəndaş kimi cəmiyyətə inteqrasiyası üçün əlverişli şəraitin yaradılması barədə danışıb, keçirilən rəsm müsabiqəsinin gənclərin bacarıq və qabiliyyətlərinin üzə çıxmasında mühüm rol oynadığını bildirib.
Müsabiqədə İsmayıl İsmayılov I, Sulayə Alməmmədova II, Nigar Vəliyeva III, 10 gənc isə həvəsləndirici yerlərə layiq görülüblər. Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim edilib.
Sonda sərgiyə baxış olub. Qeyd edək ki, müsabiqəyə ölkəmizin, muxtar respublikamızın tarixinə və təbiətinə həsr olunmuş yağlı və sulu boya ilə çəkilmiş rəsmlər çıxarılmışdı.

 Hafizə Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR