25 Dekabr 2024, Çərşənbə

Aprelin 20-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin muxtar respublika müsabiqəsinin II turuna start verilmişdir.
İki yaş qrupu üzrə – 9-13 və 14-17 yaş qrupu olmaqla keçirilən müsabiqənin II turunun açılış mərasimindən əvvəl tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki büstünü ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər.
“Gənclik” Mərkəzindəki açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov ümummilli lider Heydər Əliyevin mədəniyyətimizin bütün sahələrinə qayğısından danışmışdır. Qeyd olunmuşdur ki, dahi rəhbərin mədəniyyətimizin inkişafı sahəsində həyata keçirdiyi tədbirlər bu gün muxtar respublikamızda uğurla davam etdirilir. Son illər Naxçıvanda 20-dən çox musiqi məktəbi binası tikilmiş və ya əsaslı təmir olunmuşdur.

Vurğulanmışdır ki, bu müsabiqənin keçirilməsi uşaq musiqi məktəblərinin “Heydər Əliyev ili”nə töhfəsidir. Müsabiqənin I turunda tək və kollektiv olmaqla, 1000-ə yaxın ifa dinlənilmişdir. II tura 600-ə yaxın iştirakçı seçilmişdir. 
Sonra mədəniyyət və turizm nazirinin müavini Məhəmməd Həsənov, Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyev çıxış edərək şagird və müəllimlərə bu turda uğurlar arzulamışlar.
Müsabiqənin açılışı münasibətilə əvvəlcə kiçik konsert proqramı olmuşdur. Sonra müsabiqə iştirakçılarının ifa ardıcıllığını müəyyən etmək üçün püşkatma keçirilmişdir. Bununla da, müsabiqənin qrafiki müəyyən olunmuşdur. Püşkatmanın nəticəsinə görə, aprelin 20-si – II turun ilk günü muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin xor kollektivlərinin çıxışı olmuşdur. 15-dən çox xor kollektivinin çıxış etdiyi II turun ilk günü başa çatmışdır. Aprelin 22-də xalq çalğı və nəfəs alətləri ixtisası üzrə təhsil alan şagirdlər çıxış etmişlər.
Qeyd edək ki, aprelin sonunadək davam edəcək müsabiqədə fortepiano (23 aprel), skripka (24 aprel), qanun, balaban (25 aprel), xanəndəlik, vokal (26 aprel) və tar ixtisasları (27 aprel) üzrə təhsil alan şagirdlər çıxış edəcəklər.
May ayının əvvəlində isə müsabiqə qaliblərinin iştirak edəcəyi yekun konsert olacaqdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR