23 Dekabr 2024, Bazar ertəsi

Noyabrın 2-də Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Məktəb kitabxanalarının fəaliyyətinin gücləndirilməsi” mövzusunda konfrans keçirilib. Konfransı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi təşkil edib. 

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov açaraq mövzu ilə bağlı məruzə edib. Bildirib ki, 2005-ci ildən indiyədək ümumtəhsil məktəblərinə 2 milyon 354 min 711 nüsxə dərslik verilib. Bunların 202 min 468 nüsxəsi bu ilin avqust-sen­tyabr aylarında gətirilib. Hazırda müəllim və şagirdlərin ixtiyarında 627 min 643 nüsxə latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat, jurnal və məcmuə vardır.

Təhsil naziri qeyd edib ki, kitabxanalar təlim-tərbiyə prosesində fəal iştirak etməli, müəllim və şagirdlərə lazımi kitabxana xidməti göstərməlidirlər. Təəssüf ki, ümumtəhsil müəssisələrinin kitabxanaları heç də həmişə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmirlər. Bir çox hallarda kitabxana fonduna daxil olan çap məhsullarının qeydiyyatı uçot kitablarında qeyd edilmir. Daxil olan kitabların kataloqu düzgün hazırlanmır. Bununla yanaşı, bir sıra məktəb kitabxanalarında yeni daxil olmuş ədəbiyyatlar haqqında oxuculara məlumat vermək üçün sərgi təşkil edilmir və ya həmin ədəbiyyata dair bülleten hazırlanmır.

Təhsil müəssisələrinin kitabxanalarında iş planlarının hazırlanması, ədəbi-bədii tədbirlərin, kitabxana günlərinin və kitab müzakirələrinin keçirilməsi sahəsində müəyyən qədər iş görülmüş olsa da, mövcud formalar əsasında hesabatların ­hazırlanması sahəsində bir sıra nöqsanlar mövcuddur. Rayon (şəhər) təhsil şöbələri və təhsil müəssisələrinin rəhbərləri, eləcə də kitabxana müdirləri müəllim, şagird, tələbə və müdavimlərin kitabxanalara kütləvi cəlbinə nail olmalı, məktəblərarası və siniflərarası bədii qiraət günləri, kitab müzakirələri, viktorinaların və kitabxana günlərinin səmərəli keçirilməsini təmin etməli, görkəmli tarixi şəxsiyyətlərin həyat və yaradıcılıqlarına həsr edilmiş müsabiqələr təşkil etməklə kitabxanaların fəaliyyətini müasir tələblər səviyyəsinə qaldırmalıdırlar.
Sonra məruzə ətrafında çıxışlar olub.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR