23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Şimal İpək Yolu kimi tanınan Araz vadisində yerləşir və yalnız orta əsr deyil, həmçinin Orta Tunc dövrünün xüsusi arxeoloji əhəmiyyətini əks etdirir. Naxçıvan Təbriz, Ərzurum və Konstantinopoldan keçməklə Hindistan və Avropa ölkələri arasında əsas ticarət və iqtisadi dəhliz olmuşdur. Naxçıvan Cənubi Qafqaz­da mühüm əhəmiyyətli strateji ərazidə yerləşir. Zaqafqaziya, Yaxın Şərq, Orta Şərq və Aralıq hövzəsi kimi Naxçıvan da zəngin tarixi olan mühüm əhəmiyyətli regiondur. Vəli Baxşəliyevin fikrincə, Araz hövzəsi qərb və şərqdən başlayaraq kiçik Qafqazın yüksək zirvələrindən şimala, Zaqrosa və Toros dağlarından cənuba geniş dəhliz formalaşdırmışdır. Gürcüstanın Dmanisi bölgəsində tapılan hominid skelet qalıqlarına istinad etməklə demək olar ki, Erkən Alt Paleolit dövründə Araz hövzəsi hominidlərin Afrikadan Avropaya köç etməsində mərkəz rolu oynamışdır. 

Təbii ehtiyatlar, minerallar, mis, duz və ərazinin strateji əhəmiyyəti, sənayedən əvvəlki iqtisadiyyat dövründə Naxçıvanı Azərbaycanın ən mühüm əhəmiyyətli bölgəsinə çevirmişdir. Bundan əlavə, Naxçıvan Van-Urmiya dulusçuluq mədəniyyətinin beşiyidir və Orta Tunc dövrü mədəniyyətinin təsiredici nadir cizgiləri və regional xüsusiyyətlərini özündə əks etdirən boyalı dulusçuluq mədəniyyətinin mühüm bölməsidir. Halbuki illər ərzində Van-Urmiya mədəniyyətini müəyyənləşdirmək çətin olmuşdur, lakin buna baxmayaraq, Qızılburun yaşayış məskəni və nekropollarında qeyri-sistematik qazıntılar aparılmışdır. Qazıntılar zamanı aşkar edilmiş boyalı dulusçuluq mədəniyyət nümunələri özündə Naxçıvanın Orta və Son Tunc dövrü dulusçuluq mədəniyyətinin xüsusiyyətlərini əks etdirir. Urmiya regionunun Göytəpə, Haftavantəpə, Kordlartəpə və Dinkətəpə yaşayış məntəqələrində aparılmış elmi tədqiqatlara əsaslanaraq biz Orta Tunc dövrünə məxsus boyalı dulusçuluq mədəniyyətinin yüksək inkişafını aydınca müşahidə edə bilərik.

Professor V.Baxşəliyevin fikrincə, Haftavantəpədə aşkar edilmiş dulusçuluq nümunələri Orta Tunc dövrünə aid monoxrom və polixrom boyalı saxsı qabların inkişafını nümayiş etdirir. Elmi tədqiqatların nəticələri təsdiq edir ki, bu ənənə İlkin Dəmir dövrünə qədər davam etmişdir.
“Foreign Policy News” qəzetinə verdiyi geniş müsahibəsində professor V.Baxşəliyev bəyan edir ki, Urmiya vadisindəki laylanmış yaşayış məskənləri ilə müqayisədə Orta Tunc dövrü stratiqrafiyasına Van gölü və şimal-şərqi Anadolu regionlarında nadir hallarda rastlanılıb. Haliyədə Orta Tunc dövrünün boyalı dulusçuluq mədəniyyəti nekropol ərazilərində aşkarlanmış məmulatlarda əks olunmuşdur. Yadda saxlamaq lazımdır ki, bu günə qədər regionun yaşayış məntəqələrində arxeoloji qazıntılar çox nadir hallarda aparılmışdır. Digər tərəfdən təsadüfi hallarda üzə çıxmış Orta və Son Tunc dövrünə aid olan yüzlərlə boyalı dulusçuluq nümunələri digər mədəni təbəqələrdən aşkar edilmiş nümunələrdən miqdarca daha çoxdur.
Zaqafqaziya və İranın şimal-qərb hissəsində aparılan tədqiqatlara əsaslanaraq Orta və Son Tunc dövründə Van bölgəsindəki yaşayış məskənlərində mədəni boşluqlar aşkar edilmişdir. Yaşayış yerlərinin düzənlik sahələrindəki mədəni boşluqlarına quraqlıq və iqlim çətinlikləri səbəb olmuşdur. Nəticədə, burada yaşayan icmaların təsərrüfat məhsulları yerdəyişmə ilə üzləşmişdir. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsal edilməsindən daha çox heyvandarlığa və maldarlığa üstünlük verilmişdir. Yerli əhali təhlükəsiz su mənbələrini, heyvanlarının bəslənməsi üçün otlaq sahələrini təmin etmək üçün quraqlığın daha çox təsirinə məruz qalmayan yüksəklik və yaylalara köçməyə başlamışdır. Nəticədə, biz yarımköçəri həyat tərzinin yayılmasını müşahidə edirik. Bu səbəbdən də Orta və Son Tunc dövründə düzənlik ərazilərdə mədəni qatlar çox azdır, bu dövr ərzində yuxarı dağlıq regionlarda nekropollar həmin ərazidə yaşayan icmaların boyalı dulusçuluq mədəniyyətinin zəngin və canlı xüsusiyyətlərini əks etdirir. Van regionunda aşkar edilmiş boyalı dulusçuluq məmulatlarının Orta Tunc dövründən Dəmir dövrünə qədər olan mədəni mərhələləri ətraflı olaraq tədqiq edilməlidir.
Vanın cənub-qərb bölgəsinin 9 kilometrliyində yerləşən Yoncatəpə qalası ərazisindəki nekropolda İlkin Dəmir dövrünə aid monoxrom boyalı dulusçuluq nümunələri aşkar edilmişdir. Bu araşdırma təsdiq edir ki, Orta və Son Tunc dövrünə aid olan boyalı dulusçuluq ənənələri Vanda davam etdirilmişdir. Həmçinin Yoncatəpə qalası və nekropolu mövcud olan yeganə nümunədir. Şimal-qərbi Anadoluda aparılacaq qazıntılar böyük miqdarda arxeoloji incəsənət nümunələrinin və əşyaların sayının artmasına səbəb olacaq. Hesab edilirdi ki, yeni yaşayış məskənlərinin aşkar edilməsi mədəni qatlar və təsərrüfat məqsədli qazıntılar zamanı aşkar edilmiş boyalı dulusçuluq məmulatları arasında paralellik yaradacaq.
“Foreign Policy News” qəzetinə verdiyi müsahibədə professor Oktay Bəlli bildirmişdir ki, Yoncatəpə nekropolunda son iki ildə aparılan qazıntılar zamanı onlar qara boya ilə rənglənmiş heç bir dulusçuluq nümunələrinə rast gəlməmişlər. Açıq qəhvəyi astar üzərinə çəkilmiş çarpaz və ziqzaq xətləri fincanların kənarında, yaxud qazanların aşağı hissəsində müşahidə etmək olar. Qeyd edə bilərik ki, bu naxışlar həmin qabların bütün səthlərini örtmür. Ümid edirik ki, biz növbəti illərdəki qazıntılarda yeni nümunələr aşkar edəcəyik. Naxçıvan ərazisində aşkar edilmiş Orta və Son Tunc dövrünə aid olan boyalı dulusçuluq məmulatlarının mühüm regional xüsusiyyətləri dünya arxeologiyası üçün həqiqi xəzinədir və Azərbaycanın bu qədim torpağında elmin inkişafı, həyat səviyyəsi və mədəni inkişafı özündə əks etdirir. Boyalı dulusçuluq məmulatlarının xəritəsi yalnız Naxçıvan bölgəsini deyil, həmçinin Van regionu və Urmiya vadisini də əhatə edir. Azərbaycanın bu qədim regionlarında yerləşən yaşayış məskənlərində Orta və Son Tunc dövrünə aid aşkarlanmış məmulatlar təsdiq edir ki, nadir mədəniyyət Van, Naxçıvan və Urmiya vadisində yaşayan yarımköçəri əhalinin yaşayış məskənlərində yaranmışdır. Professor Oktay Bəlli qeyd edir ki, “Bizim müddəalar təsdiq olunur, çünki Naxçıvan, Van və Urmiya vadisində monoxrom boyalı saxsı qablardan sonra polixrom saxsı qablardan geniş istifadə olunmuşdur”. Əhəmiyyətli dərəcədə “Trialeti mədəniyyətinə” təsir edərək, dulusçuluq mədəniyyəti Mil-Muğan düzənliyi, Göyçə gölü və ətraf ərazilərə yayılmışdır. Beynəlxalq arxeoloqlar və alimlər Naxçıvan və Azərbaycandan olan həmkarları ilə birlikdə aparacaqları növbəti qazıntılar və tədqiqatlar zamanı polixrom boyalı saxsı qabların müəyyən ərazidə aşkarlanma səbəbini tapacaqlarına ümid edirlər.

Peter Tase
30.08.2016
Amerika Birləşmiş Ştatlarının
“Foreign Policy News” qəzeti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR