23 Dekabr 2024, Bazar ertəsi

Bir neçə gündür, AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Fransa Milli Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birlikdə I Kültəpə yaşayış yerində tədqiqat işlərinə başlayıb.
Tədqiqat işləri 400 kvadratmetrlik ərazidə davam etdirilir. Arxeoloji tədqiqatlarla yanaşı, Kültəpə yaşayış yeri ətrafında arxeoloji araşdırmalar da aparılmaqdadır. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevdən aldığımız məlumata görə, ekspedisiyanın əsas məqsədi Neolit dövrünün sonuna aid olan I Kültəpə yaşayış yerində məskunlaşmanın tarixi və qədim Naxçıvan sakinlərinin ətraf aləmlə əlaqələrini öyrənməkdən ibarətdir. Tədqiqatlar göstərir ki, Kültəpə və onun ətrafında yaşayan insanlar əkinçiliklə və köçəri maldarlıqla məşğul olublar. Köçəri maldarlıq insanların müxtəlif faydalı qazıntılar, o cümlədən mislə tanışlığına səbəb olub. Araşdırmalara əsasən, demək olar ki, Eneolit dövrünə aid köçəbə yaşayış yerləri məhz qədim Naxçıvan sakinlərinin Zəngəzur dağlarının zəngin metal yataqlarına gedən yollar üzərində salınıb. Ötənilki araşdırmalar zamanı bu köçəbə yaşayış yerlərinin bir qismi kəşf edilib. Bu il digər yaşayış yerlərini müəyyənləşdirmək və qədim kommunikasiya xətlərinin keçdiyi yerləri təsbit etmək ekspedisiyanın əsas vəzifələrindən biridir.
Qeyd edək ki, builki araşdırmalar ölkəmizin qədim sakinlərinin miqrasiyalarının arealını, onların qədim Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrini öyrənməyə imkan verəcəkdir.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR