23 Dekabr 2024, Bazar ertəsi

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində muxtar respublikada fəaliyyət göstərən muzeylərin bələdçiləri üçün seminar-treninq keçirilib.
Seminar-treninqdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Həsən Kərimov “Muzey bələdçisinin davranış qaydaları” haqqında çıxış edib.
Qeyd olunub ki, ötən ildən başlayaraq muzey bələdçilərinin muxtar respublikanın müxtəlif bölgələrində yerləşən muzeylərlə tanışlığı təmin edilir. Bu seminar-treninq­lərin keçirilməsində əsas məqsəd ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, muzey bələdçilərinin nəzəri və praktik biliklərinin yüksəldilməsidir.
Bildirilib ki, muxtar respublikamızda muzey fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Muzeylərimiz üçün yeni binaların inşa olunması, onların təmiri və maddi-texniki bazasının möhkəmləndirilməsi işin səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Qeyd olunub ki, görülən işlər muzey işçiləri qarşısında da mühüm vəzifələr qoyur. Muzeylərimizin hazırlıqlı, bilikli, xarici dilləri bilən bələdçilərlə təmin edilməsi vacib məsələlərdəndir. Muzeyə gələn insanları qarşılayan və onlara bu mədəniyyət ocağı haqqında məlumat verən bələdçilərdir. Muzey bələdçilərinin verilən suallara ətraflı cavab verməsi, etik qaydalara əməl etməsi muzeyə gələnlərdə xoş təəssürat yaratmalıdır. Tədbir iştirakçılarına Beynəlxalq Muzeylər Şurasının 4 noyabr 1986-cı ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində qəbul etdiyi “Muzey işinin peşə etikası kodeksi” haqqında da məlumat verilib.
Sonda Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasına baxış olub və ekskursiyanın müzakirəsi keçirilib. Seminar-treninqdə muzey bələdçilərinin davranış qaydalarına dair metodik tövsiyələr verilib. Günün ikinci yarısında seminar-treninqin iştirakçıları Ordubad şəhərində yerləşən görkəmli şəxsiyyətlərimizin ev-muzeyləri ilə tanış olublar.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR