İdmançıların tarixi abidələrlə daha yaxından tanış olması məqsədilə İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbinin bir qrup idmançısının “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə ekskursiyası təşkil olunub.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Uşaq-gənclər idman məktəbinin birgə təşkil etdiyi tədbirdə 30-dan çox idmançı iştirak edib.
Muzeyin bələdçisi Şahnaz Əliyeva idmançılara muzey haqqında ətraflı məlumat verib.
İdmançılar muzeydə olan eksponatlarla yaxından tanış olublar. Onları maraqlandıran suallar muzeyin bələdçisi tərəfindən cavablandırılıb.
Ceyhun Məmmədov