23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi 2016-cı ilin birinci yarımilində öz fəaliyyətini iş planına uyğun qurmuş, əlamətdar və tarixi günlərlə əlaqədar 183 tədbir, 162 konsert, 77 açıq dərs, 215-dən çox sərgi, 4 müsabiqə, 3 festival keçirilmişdir. Bu dövrdə muzeylərin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması diqqət mərkəzində saxlanılmış, təhsil müəssisələri ilə muzeylər arasında 14 distant dərs keçilmiş, dərslərə muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbi qoşulmuşdur. Hesabat dövründə muzeyləri 26 min 356-sı əcnəbi vətəndaş olmaqla, 185 min 172 nəfər ziyarət etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə bağlı mədəniyyət işçiləri ilə 2 görüş, 2 ustad dərs, 6 açıq dərs, 3 kitab müzakirəsi, 1 görüş, 1 konfrans, 1 mühazirə keçirilmiş, tələbələrin mədəniyyət və turizm müəssisələrində təcrübə keçmələri təmin edilmişdir.

Əhaliyə göstərilən kitabxana-informasiya xidmətlərini müasir səviyyəyə çatdırmaq məqsədilə 2016-cı ilin birinci yarısında kitabxanalarda, ümumilikdə, 141 mədəni-kütləvi tədbir keçirilmişdir. Bu dövrdə kitabxanalara 178 adda 4511 nüsxə çap məmulatı paylanılmış, yeni oxucu sayı 1236 nəfər, oxucu gəlişi 30 min 201 nəfər, kitab verilişi 411 min 852 ədəd təşkil etmiş, respublika kitabxanasının elektron kitabxanasından 2823 oxucu istifadə etmişdir.
Naxçıvan Dövlət Musiqili Dram Teatrında oynanılan tamaşa sayı 21, tamaşaçı sayı 6320 nəfər, Naxçıvan Dövlət Kukla Teatrında oynanılan tamaşa sayı 43, tamaşaçı sayı 1008 nəfər, Naxçıvan Dövlət Uşaq Teatrında oynanılan tamaşa sayı 27, tamaşaçı sayı 1100 nəfər olmuşdur. Xalq teatrlarının fəaliyyətində dönüş yaradılmış, teatr kollektivlərinə yeni istedadların cəlb olunmasına, repertuarlarının yeni əsərlərlə zənginləşdirilməsinə diqqət artırılmışdır. Ötən dövrdə xalq teatrları teatrsevərlərə 11 tamaşa təqdim etmişdir. “Azərbaycan kinosu günü” layihəsi çərçivəsində Naxçıvan Dövlət Film Fondu tərəfindən Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında, ümumilikdə, 10 film nümayiş olunmuşdur.
Muxtar respublikanın rayonlarında isə 4 “Xalq yaradıcılığı günü” keçirilmiş, milli mədəniyyətimizin və incəsənətimizin təbliğ edilməsi, xalq mahnı və təsniflərinin ifaçılığı üzrə istedadlı şəxslərin aşkara çıxarılması və yetişdirilməsi məqsədilə “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016” təşkil olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıqtipli Cəzaçəkmə Müəssisəsində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri tərəfindən 2, Naxçıvan Dövlət Uşaq Filarmoniyası tərəfindən isə 1 konsert proqramı keçirilmişdir.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytı yenidən qurularaq 3 dildə istifadəyə verilmişdir. “Naxçıvan Muxtar Respublikasının abidələr xəritəsi”nin, “Naxçıvan memarlıq abidələri” kataloqunun, “Gülüstan türbəsi” bukletinin hazırlanması istiqamətində işlər davam etdirilmiş, 10 adda reklam-informasiya materialı nəşr etdirilmişdir. Azərbaycanın digər bölgələrində yerləşən turizm informasiya mərkəzlərinə və turizm şirkətlərinə, həmçinin xarici ölkələrə muxtar respublikanın turizm imkanları ilə bağlı materialların göndərilməsi də diqqət mərkəzində saxlanılmış, 20-dən çox xarici ölkəyə, Azərbaycanda fəaliyyət göstərən 47 turizm şirkətinə və bölgələrdə yerləşən 5 turizm informasiya mərkəzinə məlumatlar göndərilmişdir. Bütün bunların nəticəsidir ki, 2016-cı ilin ötən dövründə muxtar respublikaya 188 minə yaxın turist gəlmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR