23 Dekabr 2024, Bazar ertəsi

Mədəniyyət müəssisələrində may ayında qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilmiş, əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar müxtəlif mədəni-kütləvi tədbirlər, şeir müsabiqələri, sərgilər təşkil edilmiş, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin muxtar respublika müsabiqəsi keçirilmişdir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Yaradıcı əllər” və “Göycə” festivallarında milli mətbəx nümunələrinin, şirniyyatların və əl işlərinin sərgi-satışı, folklor qruplarının, həmçinin Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının çıxışları olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Məhəmməd Tağı Sidqinin ev-muzeyi, Heydər Əliyev Muzeyi və Dövlət Bayrağı Muzeyi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbi arasında interaktiv dərslər keçilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq isə muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin kollektivləri və ali təhsil müəssisələri tələbələrinin muzeylərlə tanışlığı təmin edilmiş, ay ərzində muzeyləri 6575-i əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 31 min 449 tamaşaçı ziyarət etmişdir.

Kitabxana-informasiya xidmətlərini yaxşılaşdırmaq məqsədilə kitabxana işçilərinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə keçmələri təmin edilmiş, həmçinin rayonlarda kitabxana işinin təşkilinə dair müzakirələr, eləcə də “Kitabxana günü”, “Nağıl günləri”, “Mütaliə günləri” və “Kitab bayramı” kimi müxtəlif səpkili tədbirlər keçirilmişdir. Ümumiyyətlə, ötən ay kitabxanalara 7301 oxucu müraciət etmişdir. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elektron kitabxanasının zənginləşdirilməsi sahəsində işlər davam etdirilmiş, ay ərzində 40 adda yeni kitabın elektron variantı hazırlanmış, bununla da, elektron kitabxanada olan kitabların ümumi sayı 6552-yə çatdırılmışdır.
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Həmid Arzulunun “Əlincə qalası” tarixi dramı əsasında hazırlanan tamaşaya və Naxçıvan Dövlət Uşaq Teatrında A.Şaiqin “Danışan kukla” əsəri əsasında hazırlanan tamaşaya ictimai baxış keçirilmiş, müxtəlif tamaşalar teatrsevərlərə təqdim olunmuşdur. Həmçinin bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyi ilə əlaqədar muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 9 konsert keçirilmiş, 16 dərs saatı bəstəkarın yaradıcılığına həsr olunmuşdur.
Muxtar respublikanın turizm potensialının öyrənilməsi və təbliği sahəsində işlər də davam etdirilmiş, kənd yaşıl turizminin inkişafı ilə bağlı Culfa rayonunun Ərəfsə və Şərur rayonunun Gümüşlü kəndlərinin sakinləri ilə maarifləndirici görüşlər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR