25 Dekabr 2024, Çərşənbə

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının qastrol səfərləri davam edir. Aprelin 8-dən başlanan qastrol səfərləri may ayının sonuna qədər davam edəcək.
Hazırda teatrın kollektivi Səbuhi Hüseynovun “Seymurun sirli dünyası” adlı tamaşası ilə Şərur rayonunun müxtəlif kəndlərində qastrol səfərindədir. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının xalq artisti Yasəmən Ramazanova, quruluşçu rəssamı Murad Babayev, bəstəkarı Əli Məmməd­ovdur. Əsas rolları Ləman Vəliyeva, Əfsanə Nəsirova, Səriyyə İslamzadə, Xuraman Seyidova, Nailə Hüseyn­ova və başqaları ifa edirlər.
Onu da vurğulayaq ki, tamaşa Naxçıvan Muxtar Respublikasının digər rayonlarında da balaca tamaşaçılara göstəriləcək.

Firəngiz HÜSEYNBƏYLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR