Naxçıvan Müəllimlər İnstitutundan verilən məlumata görə, 3 may 2013-cü il tarixdə ali təhsil ocağında xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Elmi konfransın aşağıdakı bölmələr üzrə təşkili nəzərdə tutulub:
1. Heydər Əliyev və müasir təhsil
2. Yeni pedaqoji texnologiyalarda pedaqogikanın rolu
3. Yeni pedaqoji texnologiyalarda psixologiyanın rolu
4. Təhsilin müasir tələbləri – fənn kurikulumları
5. Müasir təhsildə tərbiyə məsələləri
6. Fənlərin tədrisi texnologiyaları
Təqdim olunacaq və məcmuə şəklində nəşr ediləcək məruzə mətnləri 1-3 səhifə həcmində, A4 formatda 12 ölçülü hərflərlə Times New Roman şrifti ilə yazılaraq bir nüsxə çap və elektron variantlarla birlikdə 30 aprel 2013-cü il tarixədək Naxçıvan Müəllimlər İnstitutunun elmi hissəsinə təqdim edilməlidir. Bundan başqa, təqdim ediləcək məruzə mətnlərində Azərbaycan, rus və ingilis dillərində olmaqla açar sözlər, məruzə müəllifinin və ya müəlliflərinin elektron poçt ünvanı göstərilməlidir.
Qeyd edək ki, Naxçıvan Müəllimlər İnstitutunun akt zalında keçiriləcək respublika səviyyəli konfransda respublikanın ali və orta təhsil müəssisələrinin əməkdaşları iştirak edə bilərlər.
Əlavə məlumat əldə etmək istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər:
Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1, Naxçıvan Müəllimlər İnstitutu
Telefon: (036) 544-04-29
E-mail:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.