25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Dövlət Universitetində “Ətraf mühitin mühafizəsi və əhalinin ekoloji təmiz ərzaq məhsulları ilə təminatı” mövzusunda keçirilən elmi konfransı universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq kənd təsərrüfatında ekoloji təmiz məhsul istehsalının stimullaşdırılmasının, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsinın, ixrac imkanlarının genişləndirilməsinin, Azərbaycanın zəngin təbii ehtiyatlarından səmərəli şəkildə istifadənin əhəmiyyətindən danışmışdır.
Rusiyanın Penza Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mazey Yuri Aleksandroviç çıxış edərək aqrar sahənin rəqabətə davamlılığında intensivləşmənin müstəsna rol oynadığını, ərzaq bazarındakı dəyişikliklərin artan əmtəəlik məhsulun satışı üçün mütərəqqi texnologiyalardan istifadə tələb etdiyini vurğulamışdır.

Ali məktəbin Regionun inkişafı problemləri elmi-tədqiqat laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Yasin Babayev “Əhalinin ekoloji təmiz ərzaq məhsulları ilə təminatında qidaya bioloji aktiv əlavələrin rolu”, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent Akif Mərdanlı “Dünyanın qlobal problemi – əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı”, Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi kafedrasının müdiri, kənd təsərrüfatı elmləri doktoru, professor Əlövsət Quliyev “Təmizlənmiş tullantı sularından suvarmada istifadə və onların fəsadları”, Baytarlıq kafedrasının müdiri, baytarlıq üzrə fəlsəfə doktoru Yunis Rüstəmli “Sanitar əhəmiyyət kəsb edən ətin ekspertizasının ərzaq təhlükəsizliyində rolu”, İqtisadiyyat kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Dilsuz Qasımov “Təhlükəsiz qida məhsullarının istehsalı dövrün tələbidir” mövzularında məruzələr etmişlər. 
Sonda tələbələri və müəllimləri maraqlandıran suallar cavablandırılmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR