Martın 30-da Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri arasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə muxtar respublikanın şəhər və rayonlarını təmsil edən məktəblilər öz bacarıqlarını nümayiş etdiriblər.
Müsabiqənin münsiflər heyətinin qərarına əsasən, Şərur rayon Axura kənd tam orta məktəbinin şagirdi Aysu Dünyamalıyeva 1-ci, Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin şagirdi Rza Babayev 2-ci, Babək rayon Kültəpə kənd tam orta məktəbinin şagirdi Zərifə Səfərəliyeva isə 3-cü yerə layiq görülüblər.
Qaliblərə təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunub.
Rauf Əliyev