25 Dekabr 2024, Çərşənbə

Dünən Şahbuz Rayon İcra Hakimiyyətində “Şahbuz rayonunda idmanın inkişafı və mövcud vəziyyət” mövzusunda müşavirə keçirilmişdir. Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev açaraq bildirmişdir ki, martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə yetişməkdə olan gənclərin fiziki sağlamlığının təmin olunması məqsədilə ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idman dərslərinin təşkilinin ciddi nəzarətə götürülməsi, şəhər və rayonlarda qısa müddətdə idman federasiyalarının şəhər və rayon şöbələrinin yaradılması ilə bağlı şəhər və rayon İcra hakimiyyətləri qarşısında bir sıra vəzifələr qoyulmuşdur. Bundan başqa, yerlərdə idmanın kütləviliyinin, müxtəlif idman yarışlarının təşkilinin və keçirilməsinin təmin edilməsi də qarşıya qoyulan əsas vəzifələrdən olmuşdur. Bu vəzifələrin yerinə yetirilməsi məqsədilə aidiyyəti qurumlar öz işlərini günün tələbləri səviyyəsində qurmalıdırlar.

Qeyd olunmuşdur ki, Şahbuz rayonunda da ümumtəhsil məktəblərinin müasir idman zalları ilə təmin edilməsi, həmin idman zallarında idman qurğularının şagirdlərin istifadəsinə verilməsi rayonda idmanın və bədən tərbiyəsinin kütləviləşməsinə, inkişafına geniş imkanlar açmışdır. Eyni zamanda rayon mərkəzində yeni Şahmat Məktəbinin istifadəyə verilməsi və burada yüksək səviyyəli şəraitin yaradılması rayonun gənclərində, uşaq və yeniyetmələrdə idmanın bu növünə marağın güclənməsinə səbəb olmuşdur. 
“Heydər Əliyev ili” elan olunmuş 2013-cü ildə Şahbuz rayonunda idmanın müxtəlif növlərinin inkişafı ilə əlaqədar lazım olan bütün tədbirlər yüksək səviyyədə həyata keçiriləcək və idmançılarımız, məşqçi müəllimlərimiz yarışlarda uğurlar qazanacaqlar.
Sonra Şahbuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Muradov, rayon Uşaq-Gənclər İdman Məktəbinin direktoru Nəriman Orucov, rayon Təhsil Şöbəsinin müdiri Tarverdi Qurbanov, federasiyaların rayon şöbələrinin rəhbərlərindən Sabiq İmanov, Fazil Umud­ov, məşqçi müəllim İdris Qəhrəmanov çıxış edərək Ali Məclisin Sədri tərəfindən qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək səviyyədə həyata keçirilməsi üçün bütün qüvvələrini səfərbər edəcəklərini bildirmişlər.
Müşavirəyə rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev yekun vurmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR