23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Xəmsə” milli intellektual oyununun gənclər arasında VIII Azərbaycan çempionatının zona seçim turunun oyunları keçirilib.
Gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında biliyin və elmin nüfuzunu artırmaq, Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən yarışda 12 komanda 3 qrupda qüvvəsini sınayıb. Oyunun final mərhələsinə isə Naxçıvan Dövlət Universitetinin “Savalan”, “Əlincə”, “Şahdağ” və “Səadət” komandaları vəsiqə qazanıb.
Gərgin keçən bilik yarışında “Xəmsə” intellektual oyununun zona seçim turunun qalibi adını “Əlincə” komandası qazanıb. Digər iki pillədə isə “Savalan” və “Şahdağ” komandaları qərarlaşıblar.
Sonda qalib komandalar diplomlarla mükafatlandırılıblar.
Qeyd edək ki, final mərhələsində muxtar respublikanı qalib olan 3 komanda təmsil edəcək. Final mərhələsi aprel ayının əvvəllərində Bakı şəhərində təşkil olunacaq.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR