23 Dekabr 2024, Bazar ertəsi

İstedadlı uşaq və gənclərin aşkara çıxarılmasında, onların həvəsləndirilməsində, təlimdə sağlam rəqabətin yaradılmasında fənn olimpiadaları müstəsna rol oynayır.
Muxtar respublikanın ümumtəhsil məktəblərində ayrı-ayrı fənlər üzrə olimpiadalarda iştiraka layiq şagirdlər seçilir və onların hazırlığına nəzarət gücləndirilir. Bu cür bilik olimpiadaları məktəblərin fəaliyyətinin əsas meyarlarından biri kimi dəyərləndirilir.
Martın 13-də muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan, fənn olimpiadalarının rayon (şəhər) mərhələsində hər sinif üzrə ilk 3 yeri tutmuş şagirdlərin iştirakı ilə fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib.
Üç zonada (Naxçıvan şəhəri, Culfa və Şərur rayonları) keçirilən yarımfinal turunda 8 fənn (Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika) üzrə 351 şagird biliyini sınayıb.
İştirakçılara fənlərdən asılı olaraq qapalı test formasında 30-40 sual təqdim edilib və cavablandırmaq üçün 3 saat vaxt ayrılıb. Nəticələrin qiymətləndirilməsi məqsədilə cavab kartları fənn olimpiadalarının respublika təşkilat komitəsinə göndərilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR