25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi və Yazıçılar Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi və 2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə uşaqlar arasında şeir müsabiqəsi keçirilib.
Müsabiqədən əvvəl Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, Təhsil Nazirliyinin aparat rəhbəri Rəşad Xudiyev və Yazıçılar Birliyinin sədri Asim Yadigar çıxış edərək müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıblar.
Sonra müsabiqəyə start verilib. İki nominasiya üzrə keçirilən şeir müsabiqəsində müvafiq olaraq Heydər Əliyev adına Hərbi Liseyin kursantı İbrahim İbrahimli və Şərur rayon Düdəngə kənd tam orta məktəbinin şagirdi Humay Nağıyeva I yeri, Ordubad rayon Nüsnüs kənd tam orta məktəbinin şagirdi Gülzar İsgəndərova və Şahbuz rayon Yuxarı Qışlaq kənd tam orta məktəbinin şagirdi Səlbinaz İbrahimli II yeri, Babək rayon Qoşadizə kənd tam orta məktəbinin şagirdi Gülənbər Nuriyeva və Kəngərli rayon Yurdçu kənd tam orta məktəbinin şagirdi Nigar Rüstəmova III yeri tutublar.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplom və hədiyyələri, Təhsil Nazirliyinin diplomları verilib.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR