23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində Frankofoniya bayramı qeyd olunub. Tədbir Azərbaycanın və Fransanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək xarici dillərin mükəmməl tədrisinin dünyaya inteqrasiya, ölkələrarası siyasi, elmi, mədəni əlaqələrin inkişafındakı rolundan, fransız dilinin əsas beynəlxalq dillərdən biri olmasından danışıb. XIX əsrin əvvəllərindən təməli qoyulan Azərbaycan-Fransa əlaqələrinin bugünkü inkişafından bəhs edən Saleh Məhərrəmov vurğulayıb ki, bu istiqamətdə universitetdə görülən işlər elm, təhsil sahəsində ölkələrarası əməkdaşlığı möhkəmləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Fransız dili müəllimliyi ixtisasının IV kurs tələbəsi Rüxsarə Qurbanova Frankofoniyanın tarixi haqqında məlumat verərək bildirib ki, fransız dilində danışanların bayramı olan Frankofoniya hər il dünyanın 53 ölkəsində keçirilir. Fransız dilinin, mədəniyyətinin təbliği məqsədi daşıyan bu bayramı 2015-ci ildə 284 milyon nəfər qeyd edib. 2050-ci ildə dünyanın 5 qitəsində 700 milyon insan bu bayrama qatılacaq. Naxçıvan Dövlət Universitetində Frankofoniya bayramının qeyd olunması 1998-ci ildən etibarən ənənə halını alıb. Bu işdə universitetin Roman-german dilləri kafedrasının böyük əməyi var.
Tədbirdə Fransız dili müəllimliyi ixtisasında təhsil alan tələbələrin ifasında fransız dilində şeir və mahnılar səsləndirilib. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axund­zadənin “Sərgüzəşti-mərdi-xəsis” (“Hacı Qara”) komediyasından fransız dilində təqdim olunan səhnələr alqışlarla qarşılanıb.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR