25 Dekabr 2024, Çərşənbə

Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədən irəli gələn vəzifələr, onların icrası ilə əlaqədar Babək rayonunda yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əbdülhüseyn Zamanov açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə muxtar respublika rəhbəri tərəfindən qarşıya qoyulan vəzifələrdən danışıb. O deyib ki, sözügedən müşavirədə yetişməkdə olan gənclərin fiziki sağlamlığının təmin olunması məqsədilə ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idman dərslərinin təşkilinin ciddi nəzarətə götürülməsi qarşıya vəzifə kimi qoyulub. Bundan başqa, şəhər və rayon İcra hakimiyyətlərinə bununla bağlı fəaliyyətlərini gücləndirməsi, təhsil şöbələri ilə birlikdə istər ümumtəhsil, istərsə də uşaq- gənclər şahmat və idman məktəblərində tədrisin vəziyyəti ilə ciddi maraqlanılması tapşırılıb. Müşavirədə qeyd edilib ki, şəhər və rayon İcra hakimiyyətləri qısa müddətdə idman federasiyalarının şəhər və rayon şöbələrinin yaradılmasına nail olmalı, rayon İcra hakimiyyətlərinin başçıları idman federasiyalarının rayonlarda yaradılan şöbələrindən birinə rəhbərlik etməli, idmanın kütləviliyi, müxtəlif idman yarışlarının təşkili və keçirilməsi təmin edilməli, gənc idmançıların hazırlanmasına, yerlərdəki idman qurğu və obyektlərindən, eləcə də olimpiya idman komplekslərindən istifadəyə, bununla yanaşı, onların qorunub-saxlanılmasına da diqqət yetirilməlidir. Yığıncağın keçirilməsində məqsəd qarşıya qoyulan vəzifələrin və verilən tapşırıqların qısa müddətdə və keyfiyyətlə yerinə yetirilməsi yollarının müzakirəsi və konkret istiqamətlərin müəyyənləşdirilməsidir.

Yığıncaqda Babək Rayon Təhsil Şöbəsinin müdiri Kamil Kazımov çıxış edərək rayonun təhsil müəssisələrində idmanın inkişafı üçün yaradılan şəraitdən danışıb, bu şəraitin ən yüksək nailiyyətlər qazanılmasına imkan yaratdığını bildirib. Kamil Kazımov müxtəlif idman yarışları təşkil etməklə istedadlı gənclərin üzə çıxarılmasına nail olunmasının, keçirilən idman yarışlarında onların iştirakının təmin edilməsinin qarşıya qoyulan vəzifələr sırasında olduğunu bildirib. 
Şöbə müdiri qeyd edib ki, uşaqlarla məktəbdənkənar bədən tərbiyəsi və idman tədbirlərinin aparılması, o cümlədən uşaq və gənclərin asudə vaxtlarında bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsi məqsədilə əlaqədar qurumlarla birlikdə konkret addımların atılmasına başlanılıb. Bundan başqa, rayon Təhsil Şöbəsi məktəblərdə yay idman məşğələlərinin təşkil olunması, təhsil müəssisələrində idman zalları və qurğularından səmərəli istifadə edilməsi, bədən tərbiyəsi və idman sahəsində pedaqoji fəaliyyətə müvafiq ixtisas təhsili olanları cəlb etmək üçün də müvafiq işlər görəcək, bütün təhsil müəssisələrində bədən tərbiyəsinin tədrisinə nəzarətin təmin olunması üçün məqsədyönlü tədbirlər həyata keçirəcək.
Sonra rayon Gənclər və İdman İdarəsinin rəisi Nazim Salmanovun, Uşaq-Gənclər İdman Məktəbinin direktoru Füzuli Salmanovun, Şahmat Məktəbinin direktoru İbrahim Sultanovun, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin əməkdaşı Anar Aqilovun çıxışları olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR