23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş elmi konfrans keçirilib.
Universitetin tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədov çıxış edərək 1 mart – Ümumdünya Mülki Müdafiə Günü haqqında, həmçinin ali təhsil ocağında mülki müdafiə işinin təşkili barədə danışıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov bildirib ki, Ümumdünya Mülki Müdafiə Təşkilatı 1972-ci il martın 1-dən fəaliyyət göstərir. Azərbaycan Respublikası bu təşkilatda 1993-cü ildən təmsil olunur.

Vurğulanıb ki, əhalinin mühafizəsi mülki müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə insanların mühafizə qurğularında daldalandırılması, təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Emin Qasımov fövqəladə hallar zamanı ali təhsil müəssisələrində müəllim-tələbə heyətinin mühafizəsi üzrə tədbirlərin təşkili və keçirilməsi qaydaları haqqında da məlumat verib.
Naxçıvan Dövlət Universitetinin Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müdiri Oktay Rzayev “Naxçıvan Dövlət Universitetində mülki müdafiənin tədrisi vəziyyəti” mövzusunda məruzə edərək tələbələrin bu sahədə biliklərinin artırılması, mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi, əməli vərdişlərinin formalaşdırılmasına yönələn və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə təşkil olunan təlimlərin, məşğələlərin rolundan danışıb.
Tədbirdə baş leytenant Rəcəb Səfərov qəzalar zamanı əleyhqazlardan istifadə qaydaları barədə məlumat verib.

Mina Qasımova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR