23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvan” Universiteti dünyanın 22 ali təhsil ocağı ilə sıx əməkdaşlıq edir. Bunlar arasında Avropanın, eyni zamanda Türkiyə Respublikasının və İran İslam Respublikasının bir sıra universitetləri də var.
“Naxçıvan” Universitetindən aldığımız məlumata görə, universitetin dünyanın tanınmış ali təhsil ocaqları ilə əməkdaşlığı inkişaf etdirməsi ortaq elmi proqramların və konfransların keçirilməsinə, tələbə mobilliyinin artırılmasına, müəllim-tələbə mübadilələrinin həyata keçirilməsinə geniş şərait yaradır.
Hazırda “Mövlana Mübadilə Proqramı” çərçivəsində Türkiyənin bir sıra ali təhsil ocaqları ilə əlaqələrini genişləndirən universitetdə qardaş ölkədən dəvət edilmiş müəllimlər mühazirələr oxuyurlar. Bu çərçivədə Ərzurum şəhərindəki Atatürk Universitetinin İqtisadi və idari bilimlər fakültəsinin professoru Kerem Karabulut “Naxçıvan” Universitetinin İqtisadiyyat və İdarəetmə fakültələrində “Dünyanın sosial-iqtisadi problemlərinin təhlili” mövzusunda mühazirələr oxuyub. O, dövrümüzün aktual problemlərindən və onların həlli yollarından bəhs edib. Türkiyə-Azərbaycan iqtisadi əlaqələrindən, bu əlaqələrin iki qardaş ölkə üçün əhəmiyyətindən söhbət açan professor Türkiyə ilə Ermənistan arasındakı mövcud problemlərindən də danışıb.
Professor Kerem Karabulut növbəti dəfə bu ilin aprel ayında “Naxçıvan” Universitetinin qonağı olacaq.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR