25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Dövlət Universitetində 2012-2013-cü tədris ilinin ikinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilmişdir. Əvvəlki pedaqoji təcrübənin gedişini əks etdirən video-çarxın nümayiş olunduğu konfransı giriş sözü ilə açan ali məktəbin rektoru, akademik İsa Həbibbəyli tələbə və müəllimləri pedaqoji ixtisaslar üçün vacib olan pedaqoji təcrübənin başlanması münasibətilə təbrik etmişdir. Qeyd olunmuşdur ki, pedaqoji təcrübənin hər bir tələbənin gələcəyin yüksək intellektli müəllimi, mütəxəssisi kimi formalaşmasındakı rolu danılmazdır. Belə təcrübələr imkan verir ki, tələbələr təhsil müddətində qazandığı nəzəri bilikləri praktikada möhkəmləndirməklə peşə vərdişlərinə çevirə bilsinlər.
Universitetin Tədris şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov “Pedaqoji təcrübənin təşkilinə aid müasir tələblər haqqında”, Fənlərin tədrisi kafedrasının müdiri, pedaqogika elmləri doktoru Elbəyi Maqsudov “Metodistlərin təcrübə dövründə yerinə yetirəcəyi işlər haqqında” məruzələr etmişlər. Məruzələrdə təcrübəli pedaqoqların, universitetin Tədris şöbəsi əməkdaşlarının, metodist müəllimlərin nəzarəti altında beş həftə davam edəcək pedaqoji təcrübənin Boloniya sisteminə uyğun olaraq, 100 ballıq sistem üzrə qiymətləndiriləcəyi bildirilmiş, şəhər məktəbləri ilə yanaşı, Babək rayonunun Şəkərabad, Şıxmahmud, Kərimbəyli, Hacıvar kənd tam orta məktəbləri olmaqla, 17 ümumtəhsil məktəbində 287 tələbənin təcrübə keçəcəyi vurğulanmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri Rəşad Xudiyev, ali təhsil ocağının Rus dili və ədəbiyyatı kafedrasının baş müəllimi Əkbər Süleymanov çıxış edərək universitetdə ixtisaslı pedaqoji kadr hazırlığı prosesində ali və orta ümumtəhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığının, elm və tədris prosesində yeniliklərin öyrənilməsinin vacibliyini, nəzəri bilik və təcrübə mübadiləsinin diqqətdə saxlanmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişlər.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR