23 Dekabr 2024, Bazar ertəsi

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələr üçün açıq dərs keçilib.
Açıq dərsdən əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının şöbə müdiri Həsən Kərimov çıxış edərək bildirib ki, muzeylər xalqımızın maddi-mənəvi dəyərlərini toplayan, qoruyan və təbliğ edən mədəniyyət müəssisələridir. Ölkə­mizdə muzey işinin təşəkkül tapması və inkişafı müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin rəhbərliyi dövründə respublikamızın bütün bölgələrində yeni muzeylər yaradılıb.

Muxtar respublikamızda da muzey şəbəkələrinin genişləndirilməsinə böyük qayğı göstərilir. Hazırda qədim diyarımızda 29 müxtəlifprofilli muzey fəaliyyət göstərir.
Qeyd edilib ki, muzeylərdə açıq dərslərin keçilməsi bu sahədə təhsil alan tələbələrin muzey işini əyani mənimsəməsinə xidmət edir, onların belə mədəniyyət müəssisələrinin fəaliyyəti və ekspozisiyası ilə yaxından tanış olmasına şərait yaradır.
Sonra Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin baş fond mühafizi Züleyxa Cəfərova “Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində işin təşkili” mövzusunda açıq dərs keçib, tələbələri maraqlandıran suallara cavab verib.
Tələbələr muzeyin ekspozisiyası ilə tanış olduqdan sonra Ordubad şəhərində fəaliyyət göstərən digər muzeyləri də ziyarət ediblər.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR