23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvan” Universitetində keçirilən konfransı ali təhsil ocağının tədris işləri üzrə prorektoru İbrahim Kazımbəyli giriş sözü ilə açaraq bildirib ki, pedaqoji təcrübə kadr hazırlığının ən vacib sahələrindən biri olub, ali təhsil müəssisələrinin tədris planında xüsusi yeri olan bir prosesdir. Tələbələrin yaxşı bir mütəxəssis kimi hazırlığı məhz praktik yolla dərinləşdirilir, nəzəri biliklər pedaqoji təcrübə müddətində icra oluna-oluna mənimsənilir. Bu yolla pedaqoji təfəkkür, pedaqoji qabiliyyət formalaşır ki, bunlar da pedaqoji səriştənin vərdiş halında möhkəmlənməsinə səbəb olur. Əslində, pedaqoji təcrübə professor-müəllim heyətinin müəyyən mərhələ üzrə elmi-pedaqoji əməyinin nəticələrini aşkarlayacaq bir vasitədir.
Konfransda Pedaqogika və psixologiya kafedrasının müdiri Nəzakət Yusifovanın, metodist Elbrus Vəli­yevin və qrup rəhbəri Nazim Mahmud­ovun mövzu ilə bağlı çıxışları olub. Vurğulanıb ki, 4 həftə davam edəcək təcrübə Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan şəhərindəki 8 və 15 nömrəli tam orta məktəblərdə keçiriləcək.
Məlumat üçün qeyd edək ki, pedaqoji təcrübədə 98 tələbə, 21 metodist, 4 qrup rəhbəri, 4 pedaqoq və psixoloq iştirak edəcək. Məktəblərdə tələbələr və metodistlərə yerlər ayrılıb və tələbələrin təcrü­bə keçmələri üçün lazımi şərait yaradılıb.

Nuray ƏSGƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR