23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin nəzarətçi-müəllimlər üçün keçirdiyi seminar-məşğələlərə yekun vurulub.
Muxtar respublikanın şəhər və rayonlarında keçirilən məşğələlərdə 650 nəzarətçi-müəllim iştirak edib. Məşğələlərin keçirilməsində məqsəd imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı prosedur qaydalarını izah etməkdən, nəzarətçi-müəllimlərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaqdan, şəxsi anket məlumatlarını dəqiqləşdirməkdən, abituriyent auditoriyasının – imtahan zalının idarə olunmasında professionallıq baxımından mühüm məqamları qeyd etməkdən ibarət olub.

Məşğələlərdə nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olmaları məqsədilə imtahan texnologiyası barədə film nümayiş etdirilib, imtahanın gedişi ilə bağlı prosedur qaydalar izah olunub.
Seminar-məşğələlərdə iştirakçıların sualları cavablandırılıb, nəzarətçi-müəllimlər üçün keçirilən onlayn testin nəticələri müzakirə edilib, onların şəxsi anket məlumatları dəqiqləşdirilib.
İştirakçılar (xüsusən ilk dəfə cəlb olunan, təcrübəsi az olan nəzarətçi-müəllimlər) TQDK tərəfindən aprel-may aylarında keçiriləcək sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri biliklərin təcrübədə tətbiqinə kömək göstərəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR