Culfa Rayon Təhsil Şöbəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar geniş tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən, rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan” mövzusunda inşa-yazı müsabiqəsi keçirilmişdir.
Müsabiqənin rayon mərhələsində birinci yeri Əbrəqunus kənd tam orta məktəbinin X sinif şagirdi Gültən Əlizadə, ikinci yeri Saltaq kənd tam orta məktəbinin XI sinif şagirdi Mətin Qasımov, üçüncü yeri Culfa şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Arzu Fərzəliyeva tutmuşlar.
Qaliblərin inşa-yazı işləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə göndərilmişdir.
Xəbərlər şöbəsi