23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Naxçıvan Muxtar Respublikası Regional Bölməsi iş planına uyğun olaraq, hər il olduğu kimi, bu il də qrafik üzrə nəzarətçi-müəllimlər üçün seminar-məşğələlərin keçirilməsinə başlayıb. İlk məşğələlər Şərur, Sədərək, Şahbuz və Kəngərli rayonlarında keçirilib. Məşğələlərə, ümumilikdə, 230 nəzarətçi-müəllim cəlb edilib.
Bölmənin rəhbəri Sabir Məmmədovun qəzetimizə verdiyi məlumata görə, məşğələlərin keçirilməsində məqsəd imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı prosedur qaydalarını izah etməkdən, nəzarətçi-müəllimlərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaqdan, şəxsi anket məlumatlarını dəqiqləşdirməkdən, abituriyent auditoriyasının – imtahan zalının idarə olunmasında professionallıq baxımından mühüm məqamları qeyd etməkdən ibarətdir.

Məlumatda o da bildirilir ki, imtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün məşğələlər 20 nəfərlik qruplarla keçirilir. Məşğələlərdə nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olmaları məqsədilə imtahan texnologiyası barədə film nümayiş etdirilir, imtahanın gedişi ilə bağlı prosedur qaydalar izah olunur.
Seminar-məşğələlərdə iştirakçıların sualları cavablandırılır, nəzarətçi-müəllimlər üçün keçirilən onlayn testin nəticələri müzakirə edilir, nəzarətçi-müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilir.
İştirakçılar (xüsusən ilk dəfə cəlb olunan, təcrübəsi az olan nəzarətçi-müəllimlər) TQDK tərəfindən aprel-may aylarında keçiriləcək sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri biliklərin təcrübədə tətbiqinə kömək göstərəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar.
Seminar-məşğələlər fevral ayının 10-dək davam edəcək.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR