25 Dekabr 2024, Çərşənbə

Bu ilin 20-23 mart tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərindəki Ruhiyyət Sarayında Novruz bayramına həsr olunmuş beynəlxalq tədbirlər keçirilmişdir.
Beynəlxalq tədbirlərdə Türkmənistan, İran, Pakistan və Tacikistan prezidentləri, eləcə də Novruz bayramını qeyd edən ölkələrin yüksək səviyyəli rəsmiləri iştirak etmişlər.
Tədbirdə Azərbaycan nümayəndə heyəti Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin rəhbərliyi ilə təmsil olunmuşdur.
Tədbirlər çərçivəsində “Novruz – sülh və humanizm bayramı” adlı Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Türkmənistan Elmlər Akademiyasının təşkilatçılığı ilə dünyanın 30-dan artıq ölkəsinin nümayəndələrinin və bir sıra ölkə prezidentlərinin təmsil olunduğu tədbirdə həmyerlimiz, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev də iştirak etmişdir. Beynəlxalq konfransda II bölməyə sədrlik edən tədqiqatçı ingilis dilində təqdim etdiyi məruzəsində Naxçıvan haqqında qısa videoçarxın müşayiəti ilə Naxçıvanın digər türk dövlətləri ilə tarixən mövcud olan əlaqələrindən, ortaq mədəni dəyərlərindən və Naxçıvanda Novruz adətlərindən bəhs etmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR