Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq Babək rayonunda keçirilən “Heydər Əliyev və Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin növbəti zona mərhələsi keçirilib. Vayxır, Məmmədrzadizə, Xalxal və Kültəpə kənd tam orta məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin zona mərhələsi məktəblilərin aktivliyi, iştirakçıların mövzuya müxtəlif yanaşma tərzləri ilə yadda qalıb. Bu mərhələdə 134 şagird ulu öndərimiz haqqında düşüncələrini ağ kağıza köçürüb.
Xatırladaq ki, müsabiqəyə fevral ayının 20-dən başlanılıb. Bu günə qədər rayonun Nehrəm, Cəhri, Şıxmahmud, Xəlilli, Qaraqala, Məzrə, Kərimbəyli, Güznüt, Çeşməbasar kəndlərindən, Babək qəsəbəsindən 1344 şagird müsabiqəyə qatılıb. İnşa yazı müsabiqəsi may ayının 7-dək davam edəcək. Qaliblərə Babək Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin hədiyyələri və diplomları veriləcək.
Xəbərlər şöbəsi