23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbdə “Yeni təlim metodları və müasir fənn kurikulumlarının tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Firudin Zamanov açıb.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli “Yeni təlim metodları və müasir fənn kurikulumlarının tətbiqi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Həsənəli Eyvazlı “Kurikulumun tətbiqi və qarşıya çıxan problemlərin həlli yolları”, Sədərək kənd 2 nömrəli tam orta məktəbin direktoru Elmira Dadaşova “Məktəbdə müasir kurikulumun təşkili təcrübəsindən” mövzularında məruzələrlə çıxış ediblər.
Qeyd olunub ki, bu gün yetişməkdə olan nəslin inkişafını, tərbiyəsini düzgün təşkil etmək, sürətlə artan elmi-texniki yeniliklərin əsaslarını onlara mənimsətmək müasir təhsil prinsiplərinin əsas vəzifələrindəndir. Bunun üçün uşaqların dərk­etmə imkanlarının, idrak proseslərinin inkişaf qanunauyğunluqlarının və bu prosesin necə aşılanmasının yeni metodlarının müəllimlər tərəfindən öyrənilməsi vacibdir. Ona görə də son illərdə muxtar respublikada, eləcə də Sədərək rayonunda təhsil sahəsində islahatların müvəffəqiyyətlə həyata keçirilməsi üçün kompleks işlər aparılır. Rayonun ümumtəhsil məktəblərində kurikulum proqramı ilə aparılan tədrisə diqqətlə yanaşılır, yeni təlim metodlarının istifadəsi və onların tətbiqinin reallaşdırılmasına köməklik edilir. Naxçıvan Müəllimlər İnstitutu tərəfindən keçirilən tədbirlər də bu baxımdan əhəmiyyətlidir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR