23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanla Rusiya arasında təhsil sahəsində tarixən geniş əlaqələr mövcud olub. “ADA” Universitetində keçirilən Azərbaycan-Rusiya Universitetlərarası Forum da Rusiya ilə ölkəmiz arasında universitetlərarası əməkdaşlığın qurulması və elmi əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.
Forumda hər iki ölkənin aparıcı universitetlərinin rektorları və tanınmış elm xadimləri iştirak etmişlər.
Forum çərçivəsində Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin ilə görüşü olmuşdur. Görüş zamanı elmin, təhsilin inkişafına dair birgə əməkdaşlığın qarşılıqlı faydaları və perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Görüşdən sonra hər iki ali təhsil müəssisəsi arasında elmi-tədqiqat və tədris sahələrində əlaqələrin inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilədə iki universitet arasında təhsil sahəsində əməkdaşlığın inkişafında müəllim və tələbə mübadilələrinin həyata keçirilməsi, müştərək elmi-tədqiqat layihələri, ortaq konfrans, seminar və tədbirlərin təşkili nəzərdə tutulmuşdur.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR