23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Nuh yurdu” intellektual oyunu keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun məsləhətçisi Qabil Vəliyev çıxış ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
İntellektual oyunda ali və orta ixtisas təhsili müəssisələrindən 12 komanda iştirak edib. Finala “Şahdağ”, “Əlincə”, “Loğman” və “Buta” komandaları vəsiqə qazanıblar. Naxçıvan Dövlət Universitetinin “Əlincə” komandası birinci yerə layiq görülüb. Naxçıvan Dövlət Universitetinin “Şahdağ” komandası ikinci, Naxçıvan Musiqi Kollecinin “Buta” komandası isə üçüncü olublar.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR