25 Dekabr 2024, Çərşənbə

İstedadlı uşaq və gənclərin aşkara çıxarılmasında, onların həvəsləndirilməsində, təlimdə sağlam rəqabətin yaradılmasında fənn olimpiadaları müstəsna rol oynayır. Mart ayının 18-də Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə muxtar respublikamızın ümumtəhsil məktəblərinin şagirdləri arasında məktəblilərin fənn olimpiada­larının respublika mərhələsi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, IX-XI sinif şagirdləri arasında keçirilən olimpiada saat 1000-da başlayaraq 3 saat davam etmişdir. Olimpiadada “Azərbaycan dili və ədəbiyyatı”, “Azərbaycan tarixi”, “riyaziyyat”, “fizika”, “kimya”, “biologiya”, “informatika” fənləri üzrə 162 şagird bilik və bacarığını sınamışdır.
Qeyd edək ki, yazılar Azərbaycan Respublikası Təhsil Nazirliyində yoxlanılacaq və ballar əsasında yerlər müəyyənləşəcəkdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR