23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin Tərcümə (ərəb – Azərbaycan dilləri) ixtisası üzrə təhsil alan tələbələri ilə görüşü keçirilib. 

Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, dosent Qurban Qurbanlı muxtar respublikada ali təhsilin inkişafından, tədrisin müasir səviyyədə qurulması istiqamətində görülən işlərdən bəhs edib. Dekan bu fakültədəki ixtisaslar, Şərq dilləri və ədəbiyyatı kafedrası haqqında məlumat verib.
Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev çıxışında vurğulayıb ki, muxtar respublikamızda dini tolerantlıq mövcuddur, dini bayramlar və ayinlər burada yüksək səviyyədə qeyd edilir, ziyarətgah və məscidlər təmir və ya bərpa olunaraq əhalinin ixtiyarına verilir. Muxtar respublika ərazisində 209 məscid, 16 dini icma, 750 din xadimi fəaliyyət göstərir. 2014-cü il avqustun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə muxtar respublikada dövlət orqanlarının dini qurumlarla qarşılıqlı fəaliyyətinin təmin edilməsi, multikulturalizm və dövlət-din münasibətlərinin daha dolğun tənzimlənməsi məqsədilə multikulturalizm və dini məsələlər üzrə komissiyalar yaradılıb. Muxtar respublikada İslam dini üzrə ixtisaslı kadrların hazırlanması üçün 2015-ci ildə “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisası açılıb.
Vüqar Babayev tələbələrin Dini Qurumlarla İş üzrə İdarənın əməkdaşları ilə görüşlərinin təşkil olunması, sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı görüləcək digər işlər barədə məlumat verib, müəllim və tələbələrin suallarını cavablandırıb.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR