23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 14 mart 2015-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Sərəncam imzalamışdır.
Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin, ali və orta ixtisas təhsili müəssisələrinin professor və müəllim heyətinin iştirakı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində ayda bir dəfə nümunəvi dərslərin təşkil olunması nəzərdə tutulmuşdur. Adıçəkilən sərəncama müvafiq olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi birgə qrafik hazırlamışdır. Qrafikə uyğun olaraq, AMEA Naxçıvan Bölməsində çalışan 51 nəfər elmi dərəcəli əməkdaş Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərində ayda bir dəfə nümunəvi dərslərin keçilməsində fəal iştirak edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı 20 fevral 2015-ci il tarixli “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında”, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 25 iyul 2015-ci il tarixli “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında” sərəncamlarına uyğun olaraq, Naxçıvan Muxtar Respublikasında müxtəlif tədbirlər həyata keçirilir. Oktyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Culfa rayonunun Xanəgah kənd tam orta məktəbində “Kitabi-Dədə Qorqud” dastanı və onun Naxçıvanla bağlılığı” mövzusunda nümunəvi dərs aparmışdır. Akademik “Kitabi-Dədə Qorqud” dastanlarına ümummilli lider Heydər Əliyevin verdiyi qiymət, dastanın 1300 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması, bu sahədə imzalanan sərəncamlar və onların əhəmiyyətindən söz açmış, “Kitabi-Dədə Qorqud” dastanlarının tarixi, elmi və bədii əhəmiyyəti, bu dastanın Naxçıvanla bağlılığı haqqında şagirdlərə ətraflı məlumat vermişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR