23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası məqsədilə muxtar respublikada fəaliyyət göstərən müxtəlif nazirlik və təşkilatların nümayəndələri Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisaslarının tələbələri ilə görüşlər keçirir.

Növbəti görüş Naxçıvan Muxtar Respublikası Prokurorluğu əməkdaşlarının universitetin Hüquqşünaslıq ixtisasının IV kurs tələbələri ilə olub.
Universitetin Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, dosent Qərib Allahverdiyev sözügedən sərəncamın əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kadrlar şöbəsinin rəisi, baş ədliyyə müşaviri Zəfər Mahmudov adıçəkilən sərəncamın icrası ilə bağlı prokurorluqda görülən və görüləcək işlər barədə məlumat verib. Bildirib ki, hazırlanmış tədbirlər planında Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün seminar-məşğələlərin keçirilməsi, onların prokurorluqda istintaq olunan cinayət işləri üzrə ayrı-ayrı istintaq hərəkətlərinin aparılmasında iştirakı və kriminalistik texnikanın mövcud imkanlarından səmərəli istifadəsi, dövlət ittihamçıları ilə birgə dövlət ittihamının müdafiəsi sahəsi üzrə məhkəmələrdə iştirakı, prokurorluğun imtahan-informasiya sistemində nəzəri bilik səviyyələrinin kompüter vasitəsilə yoxlanması, gələcək hüquqşünasların Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kitabxanasından və qanunvericilik bazası sistemindən istifadə etmələri, istehsalat təcrübələri keçmələri nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Faiq Səfərov prokurorluğun fəaliyyət istiqamətləri və fəaliyyətinin əsas prinsipləri barədə məlumat verib.
Görüş universitetlə mütəmadi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirəsi ilə yekunlaşıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR