23 Dekabr 2024, Bazar ertəsi

Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində yerləşən, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumuna tabe olan Atatürk Araşdırma Mərkəzi 5 ildən bir Beynəlxalq Atatürk konqresi təşkil edir. Bu elmi tədbirdə dünya alimləri tərəfindən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dövrü, mühiti, elmi və mədəni-siyasi irsinə müraciət edilir, bu sahədəki araşdırma və tədqiqatlar müzakirə və təhlil olunur.
Belə tədbirlərdən növbətisi, VIII Atatürk konqresi bu günlərdə Azərbaycan Respublikasının qədim Gəncə şəhərində keçirilib. Konqresdə dünyanın 13 dövlətini təmsil edən 100-ə qədər elm adamı iştirak edib. Tədbirin keçirildiyi iki gün ərzində tarixi araşdırmalara əsaslanan maraqlı məruzələr dinlənilərək XIX-XX əsrlərin aktual problemləri müzakirə edilib.
Beynəlxalq elmi məclisin açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakçılara təbrik məktubu oxunub. Bağlanış mərasimində isə konqres iştirakçılarının dünya ictimaiyyətinə Azərbaycan, rus, türk və ingilis dillərində müraciəti qəbul olunub. Konqresdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Azərbaycanın Türkiyədəki ilk səfiri: İbrahim Əbilov” mövzusunda məruzə edib. Məruzə elm adamları tərəfindən maraqla qarşılanıb.
Konqres iştirakçıları Gəncə şəhərindəki Nizami Gəncəvi məqbərəsini, Cavad xan abidə kompleksini, Şah Abbas məscidini, Qax rayonunda Yunis Əmrəyə aid olduğu bilinən məzarı və Şəki xan sarayını ziyarət ediblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR