23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə bağlı müvafiq nazirliklərdə, komitələrdə və təşkilatlarda tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planı çərçivəsində tələbələrlə görüşlər keçirilir. Növbəti görüş Heydər Əliyev adına tam orta məktəbdə Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülmüş Xarici dil müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrlə olub.
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev sərəncamdan irəli gələn vəzifələri nəzərə çatdırıb.
Muxtar respublikada təhsilin inkişafı ilə bağlı slaydlar nümayiş etdirilib, xarici əlaqələrlə bağlı tələbələrin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə qeyd olunub ki, müstəqil Azərbaycan üçün xarici dillər üzrə mütəxəssislərin çox böyük əhəmiyyəti vardır. Ölkəmizin beynəlxalq aləmdə tanınmasında bu sahə üzrə kadrların üzərinə mühüm vəzifə düşür.
Tədbirdə Naxçıvan şəhərindəki 10 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Gülcahan Hacızadənin “Müasir ingilis dili müəllimi necə olmalıdır?”, 3 nömrəli tam orta məktəbin rus dili müəllimi Ceyran İsmayılovanın “Rus dilinin tədrisi”, Naxçıvan Qızlar Liseyinin ingilis dili müəllimi Rəxşəndə Rüstəmovanın “Dilin öyrədilməsində planlaşdırma” mövzularında çıxışları olub.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələri Nərgiz Qocayeva və Heyran Babazadə çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, təhsil aldıqları ali təhsil ocağında yaradılan şərait tələbələrin öz ixtisaslarını, xarici dilləri ən müasir texniki vasitələrlə və daha dərindən öyrənməklərinə geniş meydan açır. Keçirilən belə tədbirlər isə onların yüksək səviyyəli mütəxəssis kimi formalaşmasına yeni töhfələr verəcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR