23 Dekabr 2024, Bazar ertəsi

Dünən “Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planında nəzərdə tutulmuş Turizm və otelçilik ixtisası üzrə təhsil alan II kurs tələbələrlə görüş keçirilmişdir.
Nazirliyin Turizm şöbəsinin müdiri Gülbuta Babayeva Naxçıvan Muxtar Respublikasının turizm potensialı ilə bağlı tələbələrə ətraflı məlumat vermişdir. Çıxışda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının geniş turizm potensialı vardır. 250-dən çox mineral və müalicə əhəmiyyətli su mənbələrinin olması, zəngin mətbəxi, qədim tarixi və mədəniyyəti Naxçıvanda turizmin inkişafı üçün geniş perspektivdən xəbər verir.
Son illər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bu sahənin inkişafı üçün mühüm işlər görülür. Qədim diyarın bütün bölgələrində müasir infrastruktur qurulur, yaşayış məntəqələri abadlaşdırılır.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev qeyd etmişdir ki, turizmin inkişafı həm də bu sahədə ixtisaslı kadrların hazırlanmasını tələb edir. Bildirilmişdir ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi hazırlıqlı, bilikli gənc kadrların hazırlanmasına geniş şərait yaradacaqdır.
Tədbirdə muxtar respublikada turizmin inkişafı ilə bağlı slaydlar nümayiş etdirilmiş, tələbələrdən Faiq Səfərli, Zaur Məmmədli, Nicat Əsgərov, Vəli Babayev, Turan Qədimov, Güləsər Əliyeva, Sərvan Əhmədov, Ramil Məmiyev və başqalarının turizm haqqında fikirləri dinlənilmişdir.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR