23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etno­qrafiya İnstitutunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində fəaliyyət göstərən Xaraba Gilan arxeoloji ekspedisiyası Plovdağ abidələr kompleksin­də, Dəlmə qalasında və Xaraba Gilan şəhər yerində tədqiqatları davam etdirir.
Arxeoloji ekspedisiyanın rəhbəri, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin sözlərinə görə, cari ilin tədqiqat mövsümünün ilkin mərhələsində Plovdağın ikinci nekropolunda yeddi kurqan tədqiq edilib. Bizim eradan əvvəl III min­illiyin sonu – II minilliyin əvvəllərinə aid bu kurqanlarda Urmiya yaxınlığındakı Göytəpə abidəsinin K təbəqəsi keramikasına uyğun gil qablar aşkarlanıb. Daha çox Naxçıvanda və Urmiya ətrafı abidələrdə yayılmış bu tip keramika hər iki bölgənin Orta Tunc dövründə vahid arxeoloji mədəniyyət arealında olduğunu sübut edir.

Qeyd edək ki, “Naxçıvan” Universitetinin Tarix fakültəsinin birinci kurs tələbələri də Xaraba Gilan arxeoloji ekspedisiyasında ikihəftəlik təcrübə keçiblər. Plovdağda Tunc dövrünə aid aşkarlanan insan qalıqları (skeletlər) AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərlik etdiyi Azərbaycan-Amerika beynəlxalq arxeoloji ekspedisiyasının üzvü, Çikaqo Universitetinin antropoloqu Selin Elizabet Nugent tərəfindən tədqiq edilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR