İyul ayının 30-da Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Heydər Əliyev adına Hərbi Liseyə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirib. İmtahanda iştirak etmək üçün 616 nəfər qeydiyyatdan keçib.
Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə keçirilən imtahan saat 1100-də başlanıb və 2 saat davam edib. Abituriyentlərə 4 fəndən (Azərbaycan dili, riyaziyyat, fizika və kimya) 20 sual olmaqla, ümumilikdə, 80 test tapşırığı təqdim edilib. İmtahana 4 imtahan rəhbəri və 57 nəzarətçi müəllim cəlb olunub.
Abituriyentlərin bilik və bacarıqlarını üzə çıxarmaq üçün ayrılan 2 saat ərzində imtahan otağında yüksək fəallıq müşahidə edilib, heç bir qayda pozuntusu qeydə alınmayıb.
Xəbərlər şöbəsi